Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "reket jurnalist”lə əlbir olaraq Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Azər Əliyevin icarə əsasında işlətdiyi "Şah Saray” şadlıq evini əsassız yerə cərimə etdiyini və bu işin başında ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun rəhbəri Sadiq Yusifovun dayandığını, özünü "jurnalist” kimi təqdim edərək, Qarabağ qazisini şantaj edən Kamran Səxavət adlı şəxsin də məhz S.Yusifovla iş birliyinin olduğu haqqında məlumat vermişdik. 

(OXU: [url=http://miq.az/az/muxtar-babayevin-iscileri-reket-jurnalistle-elbir-olub-qaraba-qazisini-santaj-edir-sok-faktlar/?fbclid=IwAR2th9NDndFFBNi1xiMXsiVzyjUfX1b8SGlQwmrRHQCcGCa6lolxO4BEp_g]http://miq.az/az/muxtar-babayevin-iscileri-reket-jurnalistle-elbir-olub-qaraba-qazisini-santaj-edir-sok-faktlar/?

Məlumatda qeyd olunurdu ki, "Şah Saray” şadlıq evində ekoloji çirkləndirməyə qarşı müasir avadanlıq quraşdırılsa da, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əlbir olduğu Kamran Səxavət adlı "reket jurnalist”in şikayəti ilə cərimə edib. Hərçənd, Bakıda yüzlərlə şadlıq evindən təxminən onunda belə avadanlıq quraşdırılıb, digərlərində isə ekoloji qaydalara əməl edilmir. Bu faktlar suallar yaradır.

XÜSUSİ QEYD: "Muxtar Babayevin işçiləri "reket jurnalistlə” əlbir olub Qarabağ qazisini ŞANTAJ EDİR – ŞOK FAKTLAR" adlı məqalədə adı hallanan Kamran Səxavət redaksiyamıza zəng edərək bildirdi ki, haqqında yazılan ittihamları qəbul etmir. O, qeyd edir ki, jurnalist deyil və bu addan ümumiyyətlə istifadə etməyib. Kamran Səxavətin Miq.Az saytına ünvanladığı cavab məktubunu yaxın günlərdə dərc edəcəyik...

Beləliklə, Miq.az olaraq bu suallar əsasında apardığımız araşdırmalar zamanı ciddi faktlar ortaya çıxdı.

Bəzi "jurnalistlər"lə və işsiz-gücsüz insanlarla əlbir olub restoranları şantaj edən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun rəhbəri Sadiq Yusifovun özü də restoran və otellər şəbəkəsinə malikdir. Maraqlıdır, bəlli bir məbləğdə əmək haqqı alan dövlət məmuru restoran və otel şəbəkəsinə necə sahib olub? Bu varidatın S.Yusifova miras qalmadığı məlumdur, o da məlumdur ki, bu dövlət məmuru aylıq maaşla nəinki restoran-otel şəbəkəsi qura, heç hazırda idarə etdiyi inomarka avomobili də ala bilməz.

Əxlaqsız yuvası, restoran və otellər – Yusifovun şəbəkəsi

Araşdırmalarımız zamanı məlum oldu ki, Novxanıda dəniz kənarında birinci xətdə yerləşən "Ləman” adlı restoran Sadiq Yusifova məxsusdur. Maraqlıdır ki, ekoloji çirkləndirməyə qarşı müasir avadanlıqla təchiz olunmuş şadlıq evini 2.500 AZN cərimə edən bu məmurun sahibi olduğu restoranda heç bir ekoloji qaydalara riayət olunmur. Restoranın tüstü çıxan üç yeri və kustar üsulla düzəldilmiş bacaları var. Lakin hər şey bununla bitmir, S.Yusifova məxsus bu restoran həm də otel kimi istifadə olunur və əldə etdiyimiz məlumata görə, bu oteldə əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Əxlaqsız yuvası saxlayan və geniş biznes fəaliyyəti olan S.Yusifovun ona tapşırılmış və aylıq əmək haqqı aldığı dövlət işini görməyə vaxtı qalırmı? Hər-halda bu sualın cavabını yalnız özü verə bilər. Lakin bəlli bir maaş alan dövlət məmurunun bu qədər sərvəti necə əldə etməsi artıq ictimai maraq daşıyan sualdır və redaksiya olaraq bunun cavabını tapmağa çalışdıq.

"Reket şəbəkəsi”: Yusifov sahibkarlardan "haqq” toplayır

Əldə etdiyimiz məlumatlara görə, S.Yusifov "reket jurnalist”lər, o cümlədən işsiz-gücsüz adamlarla birgə şantaj şəbəkəsi yaradıb. Bu şəbəkənin əsas işi iaşə obyektlərindən, restoranlardan və digər müəssisələrdən şikayətlər yazmaq və aylıq "haqq” almaqdır. Toplanan "haqlar”a S.Yusifov nəzarət edir və şəbəkənin digər üzvlərinə "faiz” verir. Onlara haqq ödəməkdən imtina edən obyektlər isə əsassız bəhanələrlə külli miqdarda cərimə olunur. Hətta "qaraladıqları” restoran və obyektləri cərimə etmək üçün yaşayışı olmayan MTK binalarında vətəndaşların adından məktublar yazdırır və bunları "əsas” kimi göstərir.

Prezident Administrasiyasına ETİRAZ MƏKTUBLARI – Bir məmurun törətdikləri

Redaksiyamıza daxil olan bir neçə şikayət məktubunda bu barədə ətraflı faktlar yer alır, növbəti araşdırmamızda şikayətçilərin adları açıqlanacaq.

Onu da qeyd edək ki, redaksiyamıza daxil olan şikayət məktublarında narazı sahibkarlar, xüsusən də Qarabağ əlilləri Sadiq Yusifova etiraz əlaməti olaraq Prezident Administrasiyasına bu barədə müraciət də hazırlayıblar. Göründüyü kimi, belə məmurların cinayət əməlinə bərabər olan əməlləri dövlət başçısının xalq üçün gördüyü əvəzsiz işləri baltalayır, əhalidə narazılıq yaradır.

Bu istiqamətdə araşdırmalarımız davam edir. Növbəti yazımızda 400-500 manat civarında maaş alan dövlət məmuru Sadiq Yusifovun bu qədər sərvətə malik olmasının sirlərini, Binəqədi rayonunda yerləşən ona məxsus "Qədim Ocaq” restoranı və bu restoranı necə ələ keçirməsinə dair faktları və digər sensasion məqamları açıqlayacağıq. 

1. Sadiq Yusifovun qaranlıq keçmişi və Eldar Mahmudovun "məktəbinin” ekoloji məmuru.

2. Muxtar Babayev işçisinin bu əməllərinə niyə göz yumur?

3. Muxtar Babayevə "Tüstü biznesmeni” ayamasını hansı məmurları gətirib?

4.Yazdığımız bu mövzu ilə əlaqədar zərərçəkən şəxslər 050 - 547 - 71- 21 nömrəli telefona zəng edə bilərlər. 

Şikayət və məktublarınızı infomiqaz@gmail.com email ünvanına göndərə bilərsiniz.

Qarşı tərəfin mövqeyini də verməyə hazırıq. (miq.az)