Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev maraqlı bir təkliflə çıxış edib.

Yenixeberlenti.com Axar.az-a istinadən xəbər verir ki, ekspert universitetlərin bir çox fakültəsinin rayonlara köçürülməsi, orada universitetlərin açılması təklifini irəli sürərək, bunun həmin rayonun inkişafına təkan verəcəyini qeyd edib.

O, həmçinin bildirib ki, belə olan halda Bakıda əhalinin sayında müşahidə olunan artım da səngiyəcək:

“Universitetləri köçürməklə nə əldə edəcəyik? Universitet açılan rayon sürətlə inkişaf edəcək. Biznesmenlər orada kafelər, yataqxanalar, əyləncə yerləri açacaq. Rayon əhalisi evlərini kirayə verib pul qazanacaq, kirayə qiymətləri Bakı qədər yüksək olmayacaq. Həmin rayonda xidmət sektoru və məşğulluq artacaq, Bakıya olan miqrasiya azalacaq və Bakının infrastrukturu rahatlayacaq. Siyahını xeyli uzada bilərəm. Məsələn, avtomatik olaraq ÜDM və qeyri-neft sektoru artacaq.

İndi soruşuram ki, universitetlərin köçürülməsinə əngəl varmı? Yoxdursa, niyə tədricən həyata keçirilmir?”