Azərbaycanın qocaman fotoqraflarından olan Ənvər Qaragözov bu gün vəfat edib. 

Yenixeberlenti.com “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu yayıb. O bildirib ki, mərhumla vida mərasimi bu gün Təzə Pir Məscidində keçiriləcək. 

Qeyd edək ki, Ənvər Qaragözov 1936-cı ildə Gəncə şəhərində anadan olub. 1964-cü ildən peşəkar foto ilə məşğul olmağa başlayıb. Bir çox müsabiqələrin laureatıdır.