Gürcüstanın Samegrelo-Zemo Svaneti rayonunun Senaki qəsəbəsndə 24 ibtiadi sinif şagirdi zəhərlənib.

Yenixeberlenti.com-un ONA-nın Gürcüstan bürosuna istinadən xəbərinə görə, məktəblilərin 10-11 yaş arası olduğu bildirilir. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Onların ümumi vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlayıb.