Meksikada federal hakim "Pemex" dövlət neft və qaz şirkətinin sabiq baş direktoru Emilio Losoyinin həbs olunması üçün order verib.
Bu barədə "Notimex" informasiya agentliyi xəbər verir.
Qey edək ki, həmin gün Maliyyə və Dövlət Krediti Nazirliyinin maliyyə kəşfiyyatının rəhbəri Santiaqo Kastilyo bildirib ki, ölkə hakimiyyəti E.Losoyinin fəaliyyətində korrupsiyaya dair əlamətləri aşkar edib.
E.Losoya 2012-ci il dekabr ayından 2016-ci il fevral ayına qədər "Pemex" şirkətinin rəhbəri olub.