Türkiyənin keçmiş Xarici İşlər naziri və baş nazir köməkçisi Ali Babacan hakim Ədalət və İnkişaf partiyasından istefa verib.

Yenixeberlenti.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, bunu yazılı açıqlama ilə elan edib. Babacanın partiyadan ayrılmağının əsas səbəbi olaraq fikir ayrılığı göstərilir.
Xatırladaq ki, Əli Babacan Ədalət və İnkişaf partiyasının qurucularından biri olub. 
Qeyd edək ki, Əli Babacanın keçmiş prezident Abdullah Güllə birgə partiya yaradacağı məsələsi da gündəmdən düşmür.