Mən milyarderlər üçün döyüşürdüm, indi özüm onlardan biri oldum”.

Bu sözləri “Forbes”in dünyanın ən çox gəlir əldə edən məşhurları siyahısına düşən qarışıq döyüş növlərində çıxış edən irlandiyalı idmançı, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreor sosial şəbəkə hesabında yazıb.

Belə ki, idmançı sözügedən siyahıda 65-ci yerdə qərarlaşıb. Onun 2018-ci ildə qazancı 47 milyon dollar təşkil edib.

Bundan əlavə, Makqreqor sosial şəbəkələrdə ən çox adı hallanan idmançıların reytinqində 5-ci yeri tutub.