Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, partiyanın baş qərargahında keçirilən toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edir.

İclasda ölkənin baş naziri vəzifəsinə namizəd və hökumət dəyişiklikləri müzakirə olunur.

Siyasi Şuranın toplantısından sonra hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun iclası keçiriləcək. İclasda hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib.