Türkiyədə 7 hərbçini ildırım vurub.

Yenixeberlenti.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İzmir şəhərinin Yenifoça məhəlləsində baş verib. Hərbi təlim keçən 7 hərbçini ildırım vurub. Yaralanan hərbçilər Foça Dövlət Xəstəxanasına aparılıb.

Bildirilib ki, hərbçilərin həyati təhlükəsi yoxdur.