Masallı rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən sonuncu iki nəfərin də adı məlum olub.

Bunlar 1996-cı il təvəllüdlü Məmmədov Gültac Ələkbər oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızıdır.

***
Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşnası nəticəsində ölən 8 nəfərdən 6-sının adı məlum olub. 

Bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir. 
(report.az)