Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı göldə boğulub.
 
Yenixeberlenti.com-un ONA-a istinadən məlumatına görə, hadisə Qəbələ rayonunda qeydə alınıb. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinin əməkdaşı, 1996-cı il təvəllüdlü Cümşüd Qismət oğlu Mehdiyev Nohur gölündə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.