İmişli rayonunda 36 yaşlı kişini ilan sancıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Rafiq Telman oğlu Əsgərovu taxıl biçini zamanı ilan sancıb. Zərərçəkən yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona zərdab vurulub.