Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində qadın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Ceyranbatan qəsəbəsində "Türkan" kafesinin yaxınlığında naməlum qadın meyiti aşkar edilib. Araşdırma zamanı meyiti tapılan qadının Sevinc Əliyeva olduğu müəyyənləşib. Qadın ölməzdən əvvəl sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.