Ələt-Şirvan dəmiryolu xəttində baş verən yanğın lokallaşdırılıb.

Saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin 45-ci kilometrliyində, Şirvan çeşidləmə stansiyasında yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına quru otun yanaraq şpallara keçməsi səbəb olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin  Şirvan Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb. Yanğının əsas dəmir yolu xəttinə keçməsinin qarşısı alınıb.

Dəmir yolu təsərrüfatına ciddi ziyan dəyməyib.(apa)