Gəncə şəhər sakinindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini S.Hüseynovdan 2 kiloqram 95,74 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.