İyulun 12-də saat 20.40 radələrində DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müracitələ əlaqədar dərhal müvafiq tədbirlər görülmüşdür. Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, vətəndaşların köməyi ilə S.Hənifəzadə və H.Hüseynov xilas edilərək sahilə çıxarılmışlar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.