Şəkidə Xan Sarayında baş verən faciə nəticəsində dünyasını dəyişən Xatirə Ağamalıyeva Təhsil Nazirliyinin işçisi imiş.

Yenixeberlenti.com Bakupost.az-a istinadən xəbər verir ki, Çinar ağacı üzərinə aşan və ayaqları parça-parça olan X.Ağamalıyeva Gəncə şəhəri 26
nömrəli məktəb lisey kompleksində müəllim işləyirmiş. 

Təhsil Nazirliyi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.