Mingəçevir şəhərində Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhləsinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürusunun məlumatına görə, İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Xəstəxanadan bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır. 

*** 16:19

Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib. 

Belə ki, hələlik adı məlum olmayan, fəhlə iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.