Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.

Yenixeberlenti.com-un "Report"a istinadən xəbərinə görə, avqustun 15-də, günortadan sonra uşaqlar həyətdə oynayırmışlar. Həmin zaman onların anaları işdə olub.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edilib.

Uşaqları görənlərdən, onların harda olması barədə məlumatı olanlardan 055-904-99-99 nömrəsinə zəng etmələri xahiş olunur.