Kürdəmir rayonunun Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə uşaq ölüb.

Yenixeberlenti.com-un “Report”a istinadən xəbərinə görə, qapalı kəllə-beyin travması alan 2016-cı il təvəllüdlü İlham Eminovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, uşaq evdə masanın üzərindən nəzarətsiz qaldığı üçün yıxılıb.