Tovuzda qız qaçıran şəxs başqa qadını bıçaqlayıb.

Yenixeberlenti.com-un APA-a istinadən məlumatına görə, şəhər sakini Nuriyyə Qurbanova hüquq-mühafizə orqanlarına müraciət edərək qızı Zülfiyyə Məmmədovanın Hüseyn adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, 1996-cı il təvəllüdlü Hüseyn Nağıyev Z. Məmmədovanı qaçırmazdan əvvəl qısqanclıq zəminində qızın tanışı, Lerik rayon sakini, 1979-cu il təvəllüdlü Arzu Nəcəfova 4 bıçaq zərbəsi endirib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

H. Nağıyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.