Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib.

Yenixeberlenti.com xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Mövcud qanuna əlavə edilən 32-1-ci maddəyə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən üç min manat, ümumi təhsil müəssisələrindən beş min manat, məktəbdənkənar təhsil müəssisələrindən yeddi min manat, peşə təhsili müəssisələrindən 10 min manat, orta ixtisas təhsili müəssisələrindən 15 min manat, ali təhsil müəssisələrindən 20 min manat, əlavə təhsil müəssisələrindən 15 min manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15 min manat dövlət rüsumu tutulacaq.

Qanun layihəsi plenar iclasa tövsiyə edilib.