Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Yenixeberlenti.com BakuPost-a istinadən xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.
 
Dəsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.