“Subsidiya verilməsi kənd təsərrüfatı sahəsini stimullaşdırmır, bununla bağlı daha ciddi mexanizm hazırlanmalıdır”.

Gələn il Azərbaycanda kartof və tərəvəz istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 240 manat subsidiya alacaq. Bostan bitkilərinin istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya ödəniləcək.

Bu qərarın kənd təsərrüfatı məhsullarının istehsalına mümkün təsiri ilə bağlı Yenicag.az-a danışan ekspert Vahid Məhərrəmli bildirib ki, son 10 ildə kartof ərazisi 70 000 hektardan 58 000 hektara qədər azalıb: “Kəndli və fermerin istehsalın artımında maraqlı olması üçün yeni mexanizmə ehtiyac var. Hər hektara görə verilən subsidiya ilə istehsalı artırmaq mümkün olmayacaq”.

Videonu təqdim edirik: