AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri mənimsəyiblər.
Teref.az yazır ki, bu haqda məlumatı təhsil eksperti Etibar Əliyev verib. O, akademiya rəhbərliyinin mənzilləri necə ələ keçirməsi haqda faktları açıqlayıb.

Belə ki, AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man) rəsmiləşdirilib.

Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man) üzə çıxıb.

Bundan başqa AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) həmin binada 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man), AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man) rəsmiləşdirilib.