Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov özünə yeni müavin təyin edib. Yenixeberlenti.com-un Bakupost.az-a istinadən məlumatına görə, ötən ay Nəsir Muxtarlının Prezident Administrasiyasında vəzifəyə təyin olunmasıyla boşalan müavin postuna icra hakimiyyətinin Bələdiyyələrlə iş və idarəetmə şöbəsinin müdiri Adəm Məhərrəmov gətirilib. 
 
A.Məhərrəmovun yerinə isə Ümumi Şöbənin müdiri  Seyfəddin Əliyev təyin edilib.
 
Xatırladaq ki, Nəsir Muxtarlı PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini təyin edilmişdi.
 
N.Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi ilə yanaşı, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini də tuturdu.