Şirvanda fəaliyyət göstərən iş adamı, 62 yaşlı əlil sahibkar Qurbanxan Əbülhəsən oğlu Dəmirov, “Məişət Maye Qaz” QSC tərəfindən başına gətirilən müsibətlərlə bağlı yenidən ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

DİA.AZ-n məlumatna görə, 62 yaşlı əlil sahibkar bildirir ki, qurum rəhbəri Elşən Salmanov yanacaq sektorunda fəaliyyət göstərən ölkə sahibkarlarını xeyli incidərək, onların hüquqlarını tapdalayıb.

Belə ki, Qurban bayramı günlərində bilərəkdən sahibkarları narazı salmaq məqsədilə maye qaz satışini süni şəkildə dayandırmış və yalnız özlərinə məxsus “MMQ” yanacaqdoldurma məntəqələrində satişını həyata keçirmişdir.
“Məişət Maye Qaz” QSC-nin hüquqazidd əməlləri barədə barədə daha ətraflı şikayətçinin təqdim etdiyi növbəti videomüraciətdə: